"Bu matçda qalib də gələ bilərdik, uduza da" - Ramin Quliyev

Azərbaycan Premyer Liqasının 27-ci turu çərçivəsində "Qəbələ" ilə matçdan sonra "Sabah"ın baş məşqçisi Ramin Quliyev mətbuat konfransında fikirlərini açıqlayıb.
 
Sport7.az xəbər verir ki, mütəxəssis bunları söyləyib: "Oyuna pis başlamadıq. Lakin hesabda iki top fərqi ilə önə keçdikdən sonra komanda bir qədər rahatlaşdı. Bundan sonra rəqib əvvəlcə penaltidən hesab arasındakı fərqi azaltdı, daha sonra isə bərabərlik qolunu vurdu.  Oyunun sonlarında iki yüzfaizlik imkanımız da olsa da, dəyərləndirə bilmədik. Bu matçda qalib də gələ bilərdik, uduza da. 

Havanın çox isti olması da oyuna təsir etdi. Təəssüfləndirən əsas məqam 2 top fərqi ilə öndə olsaq da, sonda qələbə hesabını qoruyub saxlaya bilməməyimiz oldu".
 
Sport7.az 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR