"Bürünc "Neftçi"nin canlı əfsanəsinin yubileyidir - VİDEO

1966-ci il SSRİ çempionatında "Neftçi"nin heyətində bürünc medal qazanmış Yaşar Babayev yubileyini qeyd edir.

Sport7.az xəbər verir ki, bu gün Yaşar Babayevin 80 yaşı tamam olur.

"Neftçi" klubu bu münasibətlə 1963-1971-ci illərdə "ağ-qaralar"ın formasını geyinmiş sabiq oyunçunu təbrik edib və 1966-cı ilin bürünc mükafatçısına həsr olunan "Neftçi”nin tarixi” verilişini təqdim edib.

Qeyd edək ki, Yaşar Babayev SSRİ çempionatlarında 200, kuboklarında isə 19 görüşdə meydana çıxıb. O, "Bürünc "Neftçi"nin hazırda həyatda olan 4 üzvündən biridir.
 

 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR