Böyük britaniyalı nazirlə, Fransa prezidenti UEFA-nı dəstəklədi

Böyük britaniyalı nazirlə, Fransa prezidenti UEFA-nı dəstəklədi

Böyük Britaniyanın baş naziri Boris Conson nəhəng futbol klublarının Avropa Super Liqası yaratması planlarını tənqid edib.

Sport7.az xəbər verir ki, Conson yarışın daxili çempionatlara və ölkədəki azarkeşlərə təsir edəcəyini bildirib. Consonun sözlərinə görə, Superliqa planı futbol üçün dağıdıcı ola bilər: "Biz UEFA və FIFA-nı, onların atacaqları addımları dəstəkləyirik. Bu, milli çempionatların ürəyinə zərbə endirəcək və ölkədəki bütün fanatlara toxunacaq. Cəlb olunmuş klublar gələcək addımlara qərar verməzdən əvvəl azarkeşlərinə və daha geniş futbol ictimaiyyətinə cavab verməlidir".

Fransa prezidenti Emmanuel Makron da ölkənin futbol klublarının Avropa Super Liqasında iştirak etməməsinə münasibət bildirib. Makron ölkə klublarının qərarını dəstəklədiyini bildirib. "Ölkə prezidenti Superliqa layihəsində iştirakdan imtina edən Fransa klublarının mövqeyini alqışlayır. Bu layihə vəhdət prinsiplərinə təhlükə yaradır. Fransa hakimiyyəti yerli federasiyanın, liqanın UEFA və FIFA-nın milli və ya Avropa miqyaslı yarışların bütövlüyünün müdafiəsi naminə bütün addımlarını dəstəkləyəcək", - deyə ölkə başçısının açıqlamasında vurğulanıb.

Daha əvvəl İngiltərənin "Mançester Yunayted”, "Mançester Siti”, "Tottenhem”, "Liverpul”, "Çelsi”, "Arsenal”, İspaniyanın "Barselona”, "Atletiko” (Madrid), "Real”, İtaliyanın "Milan”, "İnter” və "Yuventus” klubları turnirdə iştirakını təsdiqləyib.

"Real"ın prezidenti Florentino Peres Superliqanın prezidenti olub. Yarışda iştirak edəcək hər bir kluba 350 milyon avro ödəniləcək. UEFA və FIFA bu turnirin əleyhinə çıxıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR