CAS Nurlan İbrahimovun UEFA-dan şikayətinə baxacaq

CAS Nurlan İbrahimovun UEFA-dan şikayətinə baxacaq

"Qarabağ"ın keçmiş mətbuat katibi Nurlan İbrahimovun UEFA-nın Nəzarət, Etika və İntizam Komitəsinə qarşı iddia ərizəsinə İdman Arbitraj Məhkəməsində (CAS) avqustun 31-dək baxılacaq.

Sport7.az xəbər verir ki, bu barədə İbrahimovun özü məlumat verib. Sabiq klub rəsmisi bildirib ki, bu yaxınlarda CAS ona müvafiq məktubu göndərib. Məktubda şikayətə baxılma gününün qarşıdakı iki aya təyin olunacağı göstərilib.

UEFA-nın Nəzarət, Etika və İntizam Komitəsi münaqişəsi zamanı feysbukda ermənilərlə bağlı paylaşımına görə Nurlan İbrahimovu futboldan ömürlük kənarlaşdırıb. Həmçinin "Qarabağ" 100 000 avro məbləğində cərimələnib. İbrahimov yanvarın 19-da klubdan ayrıldığını açıqlayıb. (Report.az)
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR