Cüdoçularımız Tokioya tam heyətlə gedir

Cüdoçularımız Tokioya tam heyətlə gedir

12 cüdoçumuz Olimpiya Oyunlarına lisenziya qazanıb.
 
Sport7.az xəbər verir ki, cüdo tariximizdə ilk dəfə olaraq kişilərdən ibarət milli komandamızın Olimpiya Oyunlarına tam heyətlə yollanacağı rəsmiləşib.
 
Cüdoçularımızdan Kəramət Hüseynov (-60 kq), Orxan Səfərov, Nicat Şıxəlizadə (hər ikisi -66 kq), Rüstəm Orucov, Hidayət Heydərov (hər ikisi -73 kq), Murad Fətiyev (-81 kq), Məmmədəli Mehdiyev (-90 kq), Zelim Kotsoyev, Elmar Qasımov (hər ikisi -100 kq) və Uşanqi Kokauri (+100 kq) lisenziyalara sahib çıxıb.
 
Olimpiya Oyunlarında ölkəni hər çəki dərəcəsində bir idmançı təmsil edə bilər. Qadınlardan ibarət millimizin heyətində isə Aişə Qurbanlı (-48 kq) və İrina Kindzerska (+78 kq) Tokio-2020-də iştirak hüququna yiyələnib.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR