Cüdoçularımızdan Macarıstanda uğursuz çıxış

Cüdoçularımızdan Macarıstanda uğursuz çıxış

Daha iki cüdoçumuz bu gün Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında mübarizə aparıb.

Sport7.az xəbər verri ki, 81 kq çəki dərəcəsində çıxış edən Zelim Tkçayev 1/64 finalda Terense Kouamba (Qabon), ardınca isə Fetra Ratsimizivanı (Madaqasqar) mübarizədən kənarlaşdırsa da, Şarofiddin Boltaboyevə (Özbəkistan) uduzub.

Eyni çəkidəki Murad Fətiyev 1/32 finalda Elliot Konnoliyə (Yeni Zelandiya) qalib gəlsə də, növbəti raundda İvaylo İvanovla (Bolqarıstan) bacarmayıb.
 
Daha əvvəl Kəramət Hüseynov (60 kq) bürünc medal qazanıb, Orxan Səfərov (66 kq) və Hidayət Heydərov (73 kq) 5-ci yeri tutub. Hazırda Azərbaycan ümumi hesabda 10-cu yerdədir.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR