Cüdoçumuz Böyük Britaniyada çempion oldu

Cüdoçumuz Böyük Britaniyada çempion oldu

Böyük Britaniyanın Uorvik şəhərində cüdo idman növü üzrə keçirilən Beynəlxalq Qran-Pridə Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin paracüdoçusu, Kənan Abdullaxanlı uğurlu çıxışla yadda qalıb.
 
Sport7.az xəbər verir ki -100 kq çəki dərəcəsində mübarizə aparan cüdoçumuz finalda rəqibinə qalib gələrək yarışın qızıl medalını boynundan asıb.

Bununla da Abdullaxanlı Tokio 2020 XVI Yay Paralimpiya Oyunlarına lisenziya qazanmaq şansını artırıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR