"Daha çox hücumlar təşkil etsək, yaxşı şanslarımız olacaq" - Emin Mahmudov

Bu gün Minskdə keçiriləcək Belarus - Azərbaycan matçıöncəsi millimizin və "Neftçi"nin futbolçusu Emin Mahmudov fikirlərini bildirib.
 
Sport7.az xəbər verri ki, futbolçu bunları söyləyib: "Milli komanda üçün həmişə əlimdən gələnin maksimumunu etməyə çalışmışam. Hər oyun fərqli olur. Türkiyə millisi daha çox hücum futbolu oynayır. Belarus isə gənc komandadır. Təbii ki, daha istəkli olacaqlar. Hamısı özünü göstərməyə çalışacaq. Əsas öz oyunumuzdur. Türkiyə ilə oyunda olduğu kimi topu özümüzdə saxlasaq, daha çox hücumlar təşkil etsək, yaxşı şanslarımız olacaq. Dediyim kimi, yenə də diqqətli olmalıyıq. Çünki həmin oyunda yaxşı oynaya-oynaya standart vəziyyətdən iki top buraxdıq. Sabah əlimizdən gələni edəcəyik ki, nəticə qazanaq. Əlbəttə, bunu yaxşı oyunla icra etmək istəyirik. Misal üçün, Türkiyə millisi ilə oyunda oynadığımız futbolu oynasaq, nəticə qazana bilərik. Komanda olaraq Belarus millisinin oyunlarını izləmişik. Baş məşqçi necə oynamaq lazım olduğunu izah edib. Mövsüm yeni başa çatıb və oyuna tam hazırıq. Son oyunda nümayiş etdirdiyimiz futbolu davam etdirə bilsək, nəticə qazanacağıq”.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR