"Dənizdə itkin düşənlərin qazandığı pullardı, "Neftçi"yə xərclənir" - azarkeşdən anlamlı sözlər

"Forza Neftçi" azarkeş qrupunun rəhbəru Sübhan Əliyev ürəkparçalayan sözləri ilə diqqət mərkəzinə düşüb.

Sport7.az xəbər verir ki, "Futbol+" qəzetinin əməkdaşı Əliyevdən AZAL-la soyuq havada keçirilən qarşılaşmadan azarkeşlərin davranışları barədə soruşub. Ölkənin tanınmış azarkeş qruplarından birinin rəhbərinin açıqlamaları xeyli diqqətçəkən olub:

"İtkin düşən neftçi qardaşlarımızı unutmamışıq. Bunun üçün də şüar səsləndirdik. O cür şaxtalı havada bəzi üzvlərimiz qurşaqdan yuxarı da soyundu. Bunu sırf soyuq havada iş başında olan, küləklo havada dənizə düşən qardaşlarımıza ithaf edirik. 

Hansısa addım atmaq klub rəhbərliyinin borcu idi. Dənizdə itkin düşənlərin qazandığı pullardı, "Neftçi"yə xərclənir. Ona görə də hamıdan əvvəl "Neftçi" camiəsi yad etməliydi. Görək "Zirə" ilə oyunda nə edəcəklər".

Sitatın sonu!

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR