“Dieqo Kosta klubu ziyana saldı”

“Dieqo Kosta klubu ziyana saldı”

Bildiyiniz kimi Dieqo Kosta ötən mövsümün sonunda "Atletiko”dan ayrılaraq "Çelsi”yə transfer olunub.

Sport7.az xəbər verir ki, "zadəganlar” bu keçid üçün sərbəst qalma maddəsindəki 40 milyon avronu ödəmişdi. Ancaq Madrid təmsilçisinin prezidenti Enrike

Serezo Kostanın transferdə tələsdiyini düşünür. Serezo 26 yaşlı hücumçunun klubu ziyana saldığını deyib: "Kosta tələsərək klubu ziyana saldı. Keçidə icazə verəcəkdik. Ancaq Kosta bir zəif anında "Çelsi”yə müsbət cavab verdi və bir daha sözündən dönə bilmədi. Onu azı 70 milyon avroya satmağı planlaşdırırdıq. Oxşar vəziyyət bu gün yaşansa ayrılmasına icazə vermərik”.

Xatırladaq ki, Dieqo Kosta ötən mövsümü 35 qolla başa vurub. Ulduz futbolçunun 8 dəfə geyindiyi "Çelsi” forması ilə də 9 qolu var. 

Sport7.Az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR