"Dinamo" “Neftçi" ilə oyunlar üçün iştirak ərizəsini UEFA-ya təqdim etdi

Gürcüstanın "Dinamo" (Tbilisi) klubu UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində "Neftçi" ilə keçiriləcək oyunlar üçün iştirak ərizəsini UEFA-ya təqdim edib.

Sport7.az xəbər verir ki, baş məşqçi Kaxaber Tsxadadzenin siyahısına 20 futbolçu daxil edib.

Onlardan 2-i qapıçı, 7-i müdafiəçi, 8-i yarımmüdafiəçi, 3-ü isə hücumçudur.

Qeyd edək ki, bu komandalar arasında ilk oyun iyulun 7-si Bakı vaxtı ilə saat 20:00-da Boris Payçadze adına "Dinamo Arena”da, cavab görüşü isə iyulun 14-ü saat 21:00-da "Bakcell Arena”da keçiriləcək.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR