"Dinamo" - "Neftçi" qarşılaşaması canlı yayımlanacaq

"Neftçi” UEFA Çempionlar Liqasının I təsnifat mərhələsi çərçivəsində Gürcüstanın "Dinamo” (Tbilisi) klubu ilə üz-üzə gələcək.

Sport7.az xəbər verir ki, bu komandalar arasında ilk oyun iyulun 7-si keçiriləcək. Bakı vaxtı ilə saat 20:00-da Boris Payçadze adına "Dinamo Arena”da start götürəcək qarşılaşma "CBC Sport"la canlı yayımlanacaq.

Cavab görüşü isə iyulun 14-ü, saat 21:00-da "Bakcell Arena”da keçiriləcək. Bakıdakı matç da "CBC Sport"la canlı yayımlanacaq.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR