Dopinqə görə diskvalifikasiya olunan qapıçının cəza müddəti azaldıldı

Dopinqə görə diskvalifikasiya olunan qapıçının cəza müddəti azaldıldı

İdman Arbitraj Məhkəməsi (CAS) "Ayaks"ın qapıçı Andre Onana ilə bağlı apellyasiya şikayətini qismən təmin edib.

Sport7.az xəbər verir ki, bu haqda CAS-ın rəsmi saytı məlumat yayıb. Dopinqə görə 1 illik diskvalifikasiya olunmuş kamerunlu qolkiperin cəza müddəti 9 aya endirilib.

Daha əvvəl Amsterdam təmsilçisi 25 yaşlı oyunçunun müqaviləsini 2024-cü ilin iyulunadək uzatmışdı.

Fevralın 5-də Andre Onananın qanında qadağan olunmuş furosemid maddəsi aşkarlanıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR