Dünya paracüdoçuları Bakıda yarışacaq

Dünya paracüdoçuları Bakıda yarışacaq

"IBSA JUDO GRAND PRIX BAKU 2021”in əhəmiyyəti nəzərə alınaraq paracüdo idman növü üzrə beynəlxalq Qran-Prinin Bakıda keçirilməsinə icazə verilib.

Sport7.az xəbər verir ki, Heydər Əliyev adına İdman Arenasında keçiriləcək yarışlara 40-dan çox ölkənin nümayəndələrinin qatılacağı gözlənilir. Bununla bağlı Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimovun sədrliyi ilə Təşkilat Komitəsi yaradılmışdır.

Bakı Qran-Prisi Tokio 2020 XVI Yay Paralimpiya Oyunlarına reytinq xalı qazandıracaq.
 
"IBSA JUDO GRAND PRIX BAKU 2021” ölkəmizdə tətbiq edilən mövcud karantin qaydalarına və sanitar-epidemioloji tələblərə uyğun olaraq və tamaşaçı iştirakı olmadan keçiriləcək.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR