Dzyuba rekord şərik oldu

Dzyuba rekord şərik oldu

Artyom Dzyuba Rusiya millisinin rekordunu təkrarlayıb.

Sport7.az xəbər verir ki, təcrübəli hücumçu yığmada ən çox qol vuran futbolçu adına şərik çıxıb. O, buna AVRO-2020-nin Danimarka ilə oyununda vurduğu topla nail olub. Danimarkanın 4:1 hesabı ilə qalib gəldiyi görüşdə millisinin yeganə qolunu penaltidən vuran Dzyuba yığma forması ilə 30-cu dəfə fərqlənib.

Bununla da Artyom Aleksandr Kerjakova çatıb. Sonuncu da millidə 30 qol vurub.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR