Eboladan Vobay və Sankoya qara xəbər

Eboladan Vobay və Sankoya qara xəbər

Azərbaycan Premyer Liqasında çıxış edən Julius Vobay ("Neftçi”) və Alfred Sanko ("Xəzər Lənkəran”) qara xəbər alıblar. Sport7.az saytının məlumatına görə, onlar Afrika Millətlər Kubokundakı çıxışlarını başa vurublar. 

Belə ki, hər iki legionerin şərəfini qoruduğu Syerra-Leone millisi bu turnirdə mübarizəni davam etdirməkdən boyun qaçırıblar. Buna səbəb ölkəni bürüyən Ebola virusudu. 

Bütün Syerra-Leonenin diqqəti virusla mübarizəyə yönəldiyindən futbol arxa plana keçib. Bunu yığmanın baş məşqçisinin köməkçisi Sander de Kramer də təsdiqləyib. O bildirib ki, belə vəziyyətdə yarışda çıxış etmək mənasızdı. 

Qeyd edək ki, seçmə mərhələdə Kamerun, Konqo DR və Fil Dişi Sahili milliləri ilə eyni qrupda yer alan Syerra-Leone 4 oyundan sonra 1 xal toplamaqla, sonuncu pillədədi. Vobay 3, Sanko isə 1 matçda meydana çıxmışdı. Son iki turda isə onların komandasına məğlubiyyət veriləcəyi gözlənilir.

Sport7.Az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR