"Çelsi" norveçli ulduzun transferi üçün danışıqlara başladı

"Çelsi" Almaniya klubu "Borussiya"nın hücumçusu Erlinq Halandın transferində maraqlıdır.

Sport7.az xəbər verir ki, bu barədə "Daily Mail" bildirib. Məlumata görə, "Çelsi" Almaniya klubu ilə norveçli hücumçunun keçidi haqqında danışıqlara başlayıb. Qeyd edilir ki, Halandın keçid imkanı Tomas Tuxelin çalışdırdığı "Çelsi"ni cəlb edir, ancaq, onun transferi London klubuna 200 milyon avroya başa gələ bilər.

Erlinq "Borussiya"ya 2020-ci ilin yanvarında "Zaltsburq"dan keçib. Norveçlinin komanda ilə müqaviləsi 30 iyun 2024-cü ilə qədər qüvvədədir.

Hücumçu 2020/2021 mövsümündə "Borussiya"da 40 matç keçirərək, 40 qol vurub və 11 məhsuldar ötürmə verib. "Transfermarkt"” oyunçunun bazar qiymətini 110 milyon avro qiymətləndirir.

Norveçli ulduzu "Real" da heyətində görmək istəyir.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR