"Çelsi" Tuxellə yeni müqavilə bağlayacaq

"Çelsi” baş məşqçisi Tomas Tuxellə yeni müqavilə imzalayacaq.

Sport7.az xəbər verir ki, London təmsilçisi 47 yaşlı mütəxəssisisə sonradan bir il müddətinə uzadıla biləcək 2 illik anlaşma təklif edib. Almaniyalı çalışdırıcı da müqavilənin yenilənməsinin tərəfdarıdır. Yeni anlaşmaya əsasən onun maaşı da artırılacaq.

Hazırkı müqaviləsi cəmi yarım illik olan Tuxel uzunmüddətli əməkdaşlıq istəyir. Onun indiki maaşı illik 7 milyon funt sterlinq təşkil edir. Tuxel yarım il üçün 3,5 milyon qazanacaq.

"Çelsi” baş məşqçinin rəhbərliyi altında Çempionlar Liqasının finalına yüksəlib.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR