"Elvini həyatda bağışlamamışam" - Qurban Qurbanov

PAOK-la oyunöncəsi "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib. 

Sport7.az
xəbər verir ki, oyunla bağlı br sıra məqamlara toxunan Qurban bəy jurnalistlərin suallarını cavablayıb.

3-cü oyunumuzdu. Hamımız bu oyunun əhəmiyyətli olduğunu düşünürük. Yaxşı nəticə əldə etmək üçün ən doğru olanını etməliyik. Problemlərə, itkilərə baxmayaraq komanda oyuna tam hazırdı. Rəqibin 4 xalı var.

- PAOK səfərdə uduzmayıb. Baxmayaraq ki, güclü rəqiblərlə oynayıb. Bəs "Qarabağ" onlara necə yerlərini göstərə bilər?

- Qalib gəlmək daha çox bizə lazımdı, nəinki rəqibə. PAOK-un qarşısını almaq üçün bütün tədbirlərə əl atacağıq. Ən düzünü etməyə çalışacağıq. Alınacaq ya yox bunu indi deyə bilmərəm.

- Fakundo Pereyranın rəqib düşərgəsində olması sizin üçün nə dərəcədə əhəmiyyətlidi...

- İndi elə bir zamandı ki, istənilən komanda haqda haqda məlumatlar öyrənə bilərsən. Komandalarda yeniliklər tez-tez olur. Fikrimcə, daim izlənilməlidi. Ona görə də Fakundonun orda olmasının cüzi əhəmiyyti ola bilər.

- Rəşadın durumu nə yerdədi?

- Onu oynadıb oynatmayacağımı bilmirəm. Dünənə qədər fərdi qaydada məşq edirdi. Komandadakı itkilərə görə onun oynamaq ehtimalı çoxdu. Baxmayaraq ki, zədəlidi. Yenə də həkimlərlə və Rəşadın özü ilə danışmaq vacibdi. Həkimlər əllərindən gələni etməlidilər ki, Rəşad hazır olsun. 

- Hər vasitədən istifadə edəcəyinizi dediz. Ev tapşırıqları var?

- Ola bilər istifadə edək. Çünki PAOK ciddi rəqibdi. Ümumiyyətlə yunanlar xarakter göstərən millətdi. Biz də xarakterimizi göstərməliyik.

- Stadion tam hazırdı?

- Tam hazır deyil. Hətta bildirmişdilər ki, ot örtüyündə problemlər ola bilər. Mütəxəssislərlə danışmışıq. Qorumağa çalışacağıq. Havadan da çox şey asılıdı. Amma ciddi problem olacağını düşünmürəm.

- Sabah iki hücumçu görə bilərik.

- Sistemdən sistemə fərq var. Amma biz üslubumuzdan kənara çıxmamağa çalışırıq. Bəzən dəyişiklik etmək məcburiyyətində qalırıq. Amma əvvəlki sistemimizlə oynayacağıq. 

- Döyüşkən futbolçuları meydanda görə biləcəyik?

- İnanmıram ki, futbolçuların hansısa döyüşkən olmasın. Futbolçu xarakteri olmalıdı. Millidən qayıdanlar inamlıdı. Beynəlxalq oyunlar zamanı təcrübələri daha da artır və futbolun içində çox olurlar. Həmişə meydana buraxdığın heyətdə döyüşən ruh olub. Çalışacağıq bu dəfə də eyni ruhda meydana çıxaq.

- Elvin Yunuszadəni bağışlamısız?

- Həyatda bağışlamamışam. Amma futbolçu kimi bağışlamışam. Dünən məşqlərini etdi, komandaya qoşuldu. Yəqin ki, sabahkı oyunda olmayacaq.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR