Çempionlar Liqası: 1/4 final mərhələsinə yekun vurulur

Çempionlar Liqası: 1/4 final mərhələsinə yekun vurulur

Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinə yekun vurulacaq.

Sport7.az xəbər verir ki, son oyun günündə gerçəkləşəcək 2 qarşılaşmadan sonra yarımfinalın bütün iştirakçıları müəyyənləşəcək. İngiltərədəki ilk matçda "Mançester Siti"yə 1:2 hesabı ilə uduzan Dortmund "Borussiya"sı bu dəfə rəqibi ilə doğma meydanda üz-üzə gələcək.

Gecənin digər oyunu İngiltərədə "Liverpul"la "Real" arasında olacaq. Madriddəki ilk qarşılaşmada rəqibini 3:1 hesabı ilə məğlub edən "kral klubu" üstünlüyünü qorumağa çalışacaq.

UEFA Çempionlar Liqası, 1/4 final, cavab oyunları

23:00. "Borussiya" Dortmund (Almaniya) - "Mançester Siti" (İngiltərə) (İlk oyun - 1:2)
23:00. "Liverpul" (İngiltərə) - "Real Madrid" (İspaniya) (İlk oyun - 1:3)

Ötən gün keçirilən matçlardan sonra İngiltərədən "Çelsi", Fransadan isə PSJ yarımfinala vəsiqə qazanıblar.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR