Çempionlar Liqası:

Çempionlar Liqası: "Atletiko" və "Real" yarımfinalda

Bu gün futbol üzrə Çempionlar Liqasında 1/4 final mərhələsinin cavab görüşləri start götürəcək.

Sport7.az
xəbər verir ki, iki qarşılaşmadan biri İspaniyada, digəri isə İngiltərədə keçiriləcək. Hər iki oyun xüsusi maraqla gözlənilir.

Münhendən əzmkar qələbə ilə qayıdan "Real"ın işi "Bavariya"ya nisbətən asan görünür. Hətta 0:1 hesablı məğlubiyyət belə Zidanın komandasını yarımfinalçı edə bilər. Amma "Bavariya"nın da asanlıqla təslim olmayacağı dəqiqdi.

"Atletiko" isə "Lester"lə səfər oyununda daha çox müdafiənin qayğısına qalmalıdı. Hər halda, minimal hesablı qələbə sürüşkən hesab olunur.

Çempionlar Liqası
1/4 final, cavab oyunları


18 aprel

22:45. "Real” (İspaniya) - "Bavariya” (Almaniya) - 4:2 
Qollar: Levandovski, 53 (pen) Ronaldo, 76 (1:1), Ramos, 78-avtoqol (1:2), Ronaldo, 105 (2:2); 109 (3:2), Asensio, 112 (4:2)
İlk oyun - 2:1 

22:45. "Lester” (İngiltərə) - "Atletiko” (İspaniya) - 1:1 
Qollar: Nigez, 26 (0:1), Vardi, 61 (1:1)
İlk oyun - 0:1 


Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR