Çempionlar Liqasında ilk təsnifat mərhələsi yekunlaşdı

Çempionlar Liqasında ilk təsnifat mərhələsi yekunlaşdı

UEFA Çempionlar Liqasında I təsnifat mərhələsinin daha 9 oyunu keçirilib.

Sport7.az xəbər verir ki, bununla da sözügedən mərhələdə ilk matçlara yekun vurulub. 

Azərbaycan təmsilçisi "Neftçi" Gürcüstanda "Dinamo" (Tbilisi) klubunu 2:1 hesabı ilə məğlub edib. Azərbaycan yığmasının hücumçusu Mahir Emrelinin çıxış etdiyi Polşa "Legiya"sı isə Norveçdə "Bude Qlimt"ə qalib gəlib - 3:2. Emreli həmin qarşılaşmada iki qola imza atıb.

UEFA Çempionlar Liqası, I təsnifat mərhələsi, ilk oyunlar

20:00. "Dinamo" (Tbilisi, Gürcüstan) - "Neftçi" (Azərbaycan) - 1:2
20:00. "Bude Qlimt” (Norveç) - "Legiya" (Polşa) - 2:3
20:30. "Slovan" (Bratislava, Slovakiya) - "Şemrok Rovers" (İrlandiya) - 2:0
21:00. "Dinamo" (Zaqreb, Xorvatiya) - "Valür" (İslandiya) - 3:2
21:00. "Lüdoqorets" (Bolqarıstan) - "Şaxtyor" (Soliqorsk, Belarus) - 1:0
21:00. "Makkabi" (Hayfa, İsrail) - "Kayrat” (Qazaxıstan) - 1:1
21:00. "Teuta" (Albaniya) - "Şerif" (Moldova) - 0:4
21:00. "Malmö” (İsveç) - "Riqa" (Latviya) - 1:0
22:00. "Konnas-Ki Nomads" (Uels) - "Alaşkert" (Ermənistan) - 2:2
 
Bu mərhələnin cavab oyunları 13 - 14 iyulda olacaq.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR