Çempionlar Liqasının finalının Portuqaliyada keçiriləcəyi rəsmiləşdi

Çempionlar Liqasının finalının Portuqaliyada keçiriləcəyi rəsmiləşdi

UEFA cari mövsüm Çempionlar Liqasının final oyunu ilə bağlı yekun qərarını açıqlayıb.

Sport7.az xəbər verir ki, həlledici matç koronavirus pandemiyası səbəbindən Türkiyənin İstanbul şəhərindən alınaraq Portuqaliyaya verilib.

Final qarşılaşması mayın 29-da Portu şəhərindəki "Draqau" stadionunda olacaq. Hər klubun 6 min azarkeşi oyunu tribunadan izləyə biləcək. UEFA-nın azarkeş sayı ilə bağlı yekun qərarı daha sonra bəlli olacaq.
 
Bakı vaxtı ilə saat 23:00-da başlanacaq finalda matçında "Mançester Siti" və "Çelsi" üz-üzə gələcək.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR