Eriksen danışdı:

Eriksen danışdı: "Təslim olmayacağam" - VİDEO

AVRO-2020-nin Finlandiya ilə oyununda qəfildən huşunu itirən və bütün futbol dünyasının qorxu və həyəcan içində göz yaşları axıtmasına səbəb olan Danimarka millisinin üzvü Kristian Eriksen xoşagəlməz hadisə ilə bağlı fikirlərini açıqlayıb.

Sport7.az xəbər verir ki, İtaliyanın "La Gazzetta dello Sport" nəşrinə danışan futbolçu hazırda vəziyyətinin daha yaxşı olduğunu bildirib. 29 yaşlı yarımmüdafiəçi onun üçün narahat olan hər kəsə təşəkkür edib: "Hamınıza təşəkkür edirəm, təslim olmayacağam. Nə baş verdiyini anlamaq istəyirəm. Mənim üçün etdiklərinizə görə hamınıza minnətdaram".

Hadisədən sonra ölüm təhlükəsi ilə üz-üzə olan Eriksen ilkin tibbi yardımdan sonra xəstəxanaya çatdırılıb. Hazırda xəstəxanada onun müalicəsi davam edir.
 

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR