Faciə - Triatlonçu suda batdı

Faciə - Triatlonçu suda batdı

Rusiyada keçirilən triatlon üzrə yarış faciə ilə əlamətdar olub.

Sport7.az xəbər verir ki, hadisə Moskva ətrafındakı Bronnitsa şəhərində təşkil olunan yarış zamanı baş verib.

TTTAN-2021 turnirinin gedişində idmançı batıb. Yarışın üzgüçülük növü zamanı iştirakçılardan biri özünü pis hiss edib. Xilasedicilər onu dərhal sudan çıxarsalar da, idmançıya göstərilən tibbi yardım yetərli olmayıb. Triatlonçu təcili tibbi yardım maşınında vəfat edib.

Batan şəxsin adı açıqlanmır. 42 yaşlı idmançının yarışa sağlamlıqla bağlı buraxılışı olub. O, olimpiya məsafəsində (1,5 km üzgüçülük, 40 km velosiped, 10 km qaçış) qüvvəsini sınayıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR