Fatih Terim üçün əlamətdar tur

Fatih Terim üçün əlamətdar tur

Türkiyə Superliqasının 41-ci turunda "Dənizlispor”la səfər oyunu "Qalatasaray”ın baş məşqçisi Fatih Terim üçün əlamətdar olub.

Sport7.az xəbər verir ki, "cim-bom” 67 yaşlı mütəxəssisin rəhbərliyi altında ölkə çempionatında 400-cü matçına çıxıb. Terim 1996-cı ildən 4 müxtəlif dönəmdə "sarı-qırmızılılar”ın sükanı arxasına keçib. Komanda onun rəhbərliyi altında keçirdiyi 399 görüşün 251-də qələbə qazanıb, 91-də heç-heçə edib, 57 məğlubiyyət alıb. Bu oyunlarda 831 qol vuran İstanbul təmsilçisi özü 374 dəfə mərkəzə dəvət olunub.

Mütəxəssis "Qalatasaray”a 8 dəfə Super Liqa çempionluğunu, 3 dəfə Türkiyə kubokunu, 3 dəfə Türkiyə Superkubokunu, 1 dəfə də UEFA Kubokunu qazandırıb.
 
Sport7.az
 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR