Federasiya araşdırmaya başladı - Runi yalan deyir?

Federasiya araşdırmaya başladı - Runi yalan deyir?

İngiltərə Futbol Federasiya Ueyn Runinin adı qarışdığı insident haqda araşdırma aparacaq. 

Sport7.az xəbər verir ki, bu barədə "Teleqraf" məlumat yayıb. 

Runi çərşəmdə axşamı İngiltərə və İspaniya milliləri arasında keçirilən görüşdə iştirak etməyib. İngiltərə millisində baş məşqçi postunda əvəzləyici Qaret Sautqeyt onu yoxluğunun səbəbini zədəsi olduğunu qeyd edib. 

Lakin ölkə mətbuatı içki qalqamalına görə millidən kənarlaşdırıldığını yazıb.  O, İngiltərə millisinin məskunlaşdığı otelin barında olub. Onun fotoları internetə sızıb. 

Ertəsi gün isə Runi buna görə üzr istəyib. Futbolçu onunla yanaşı başqa futbolçuların da olduğunu qeyd edib. 

İngiltərə Futbol Federasiyası orada başqa futbolçuların da olmasıı aydınlaşdırmaq üçün araşdırmaya başlayıb. 

Qeyd edək ki, Ueyn Runi 2003-cü ildən İngiltərə millisində çıxış edir. O, meydana çıxdığı 119 matçda 53 dəfə fərqlənib. Yığmanın heyətində ən çox qol vurn futbolçu olaraq tarixə düşüb. 

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR