FİFA 4 azərbaycanlı futbolçuya pul verəcək

FİFA 4 azərbaycanlı futbolçuya pul verəcək

FİFA klubundan maaşını ala bilməyən futbolçulara 5 milyon ABŞ dolları ayırıb.

Sport7.az xəbər verir ki, maliyyə yardımı qurumun Futbolçular fonduna müraciəti qəbul olunan 1005 oyunçuya veriləcək. Bu futbolçular dünyanın 36 ölkəsini təmsil edir. Onlar arasında Azərbaycanın 4 təmsilçisi var.

Bunlar 2015-ci ilin iyulundan 2020-ci ilin iyununa qədər olan 5 illik müddətdə zərərçəkən futbolçulardır. 109 klubu təmsil edən oyunçuların adları açıqlanmır.

FİFA fonda ümumilikdə 16 milyon dollar ayırıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR