Fil zədələnib

Fil zədələnib

İngiltərə millisi AVRO-2020-nin final oyununa bir itki ilə çıxa bilər.

Sport7.az xəbər verir ki, buna səbəb yarımmüdafiəçi Fil Fodenin zədələnməsidir. Gənc futbolçu "Dumanlı Albion” təmsilçisinin bugünkü məşqinə qatılmayıb. Məşqçilər korpusu 21 yaşlı orta sahə oyunçusunu həlledici qarşılaşma öncəsi riskə atmamaq üçün məşqlərdən azad edib. Foden zədə səbəbindən 1/8 final və 1/4 final oyunlarını buraxıb, yarımfinalda isə əvəzetmədən meydana daxil olub.

AVRO-2020-nin final oyunu sabah İngiltərə ilə İtaliya arasında Londondakı "Uembli” stadionunda keçiriləcək.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR