"Fiorentina"nın yeni baş məşqçisi müəyyənləşdi

"Fiorentina”nın yeni baş məşqçisi müəyyənləşib.

Sport7.az xəbər verir ki, A seriyası təmsilçisini Vinçentso İtalyano çalışdıracaq. Mütəxəssis yeni klubu ilə müqaviləni də razılaşdırıb. Tərəflər 2+1 illik müqavilə barəsində razılığa gəlib. İtalyano "Fiorentina”da ildə 1,2 milyon avro qazanacaq.

Ötən mövsüm "Speziya”nı çalışdıran İtalyano bir müddət əvvəl bu klubla müqaviləsini uzatmışdı.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR