"Fiziki baxımdan istədiyimizi ala bildik" - Ramin Quliyev

"Sabah"ın baş məşqçsi Ramin Quliyev "Zirə" ilə yoxlama oyunundan sonra fikirlərini bildirib.
 
Sport7.az xəbər verir ki, mütəxəssis 0:0 hesabı ilə bitən matçla bağlı bunları söyləyib: "İlk matçımız idi. İki fərqli hissə izlədik. Futbolçuların geridə qalan 7-8 günlük hazırlıq müddətində fiziki durumlarının necə olmasını görmək istəyirdik. Sevindirici haldı ki, hər iki hissədə fiziki baxımdan istədiyimizi ala bildik. Ən əsası, şükürlər olsun ki, heç bir zədə olmadı".
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR