Gimnastlarımız Bolqarıstanda 7-ci oldu

Gimnastlarımız Bolqarıstanda 7-ci oldu

Bolqarıstanın Varna şəhərində bədii gimnastika üzrə Avropa çempionatına yekun vurulub.

Sport7.az xəbər verir ki, sayca 37-ci olan çempionatın iştirakçıları 37 Avropa ölkəsini təmsil edib. Azərbaycan isə bu yarışda böyüklər yaş kateqoriyasında fərdi və qrup hərəkətləri proqramında təmsil olunub.

Fərdi proqramda təmsilçilərimiz – Zöhrə Ağamirova və Arzu Cəlilova həm özünəməxsus çıxışları, həm də maraqlı və zərif  geyimləri ilə göz oxşayıblar. Çoxnövçülükdə finala vəsiqə qazanan Zöhrə və Arzu həlledici mərhələdə müvafiq olaraq 16 və 17-ci yerlərdə qərarlaşıblar.

Qrup hərəkətləri tərkibində Azərbaycan təmsilçiləri – Zeynəb Hümmətova, Nərminə Səmədova, Darya Sorokina, Ləman Əlimuradova və Yelizaveta Luzan hər iki proqram üzrə finala adlayıblar. 5 topla 6-cı olan qızlarımız, 2 cüt gürz və 3 halqa ilə final çıxışlarına görə medalın bir addımlığında dayanıblar. Çoxnövçülükdə isə komandamız 18 qrup komandası arasında 7-ci yerdə qərarlaşıb.

Yığma üzvlərimiz komanda hesabında 7-ci olublar.

Bundan əlavə, gimnastlarımız həm də dünya çempionatında iştirak etmək üçün vəsiqə qazanıblar.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR