Gimnastlarımızdan uğursuz çıxış

Gimnastlarımızdan uğursuz çıxış

16-18 aprel tarixlərində Özbəkistanın Daşkənd şəhərində bədii gimnastika üzrə Dünya Kuboku keçirilib.

Sport7.az xəbər verir ki, bu kubokda ölkəmizi bədii gimnastika üzrə yığma komandanın üzvləri Arzu Cəlilova və Nərminə Səmədova təmsil edib.

Gənc gimnastlarımızın çoxnövçülük üzrə çıxışlarının toplam nəticələrinə əsasən Nərminə 33-cü, Arzu isə 37-ci yerdə qərarlaşıb. Alətlər üzrə yarışlarda Nərminə ən yaxşı nəticəni halqa ilə (24-cü yer), Arzu  isə gürzlərlə (18-ci yer) nümayiş etdirib.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR