Güləşçimiz ermənini

Güləşçimiz ermənini "tuşe" ilə məğlub etdi

Bolqarıstanın Samokov şəhərində yeniyetmə güləşçilərin Avropa çempionatı davam edir.

Sport7.az xəbər verir ki, yarışın beşinci günündə Azərbaycanın 3 yunan-Roma güləşçisi mübarizəyə qoşulub. 55 kq-da Fərid Baxışlı təsnifat mərhələsində Yuhan Kristyuhana (Estoniya) 9:0 hesabı ilə qalib gələrək 1/8 finala yüksəlib. Onun növbəti rəqibi almaniyalı Luka Musman olacaq.

65 kq çəki dərəcəsində çıxış edən Kənan Abdullazadə əvvəlcə türkiyəli Nihat Kara üzərində 3:2 hesablı qələbə qazanıb. 1/8 finalda Ermənistan təmsilçisi Aşot Xaçatryanla üz-üzə gələn idmançı rəqibini "tuşe" ilə məğlub edərək, növbəti mərhələlə adlayıb. O, 1/4 finalda İmed Xudzadze (Ukrayna) ilə qarşılaşacaq.

80 kq-dakı Cocu Səmədov startda Maksim Masiukeviçə (Belarus) uduzub - 5:7. 48 kq-da mübarizə aparan Fəraim Mustafayev isə hələ döşək üzərinə çıxmayıb. Mübarizəyə 1/4 finalda qoşulacaq idmançı Oliver Qrauenlə (Estoniya) qüvvəsini sınayacaq.

Avropa çempionatında daha əvvəl sərbəst güləşçilərdən Musa Verdiyev (48 kq), Cavid Cavadov (51 kq) və Abdulrəhman İbrahimov (60 kq) gümüş, Yusif İsparov (45 kq) isə bürünc medal qazanıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR