Güləşçimiz erməniyə qarşı

Güləşçimiz erməniyə qarşı

Azərbaycanın iki yunan-Roma güləşçisi Bolqarıstanın Samokov şəhərində yeniyetmələr arasında Avropa çempionatının finalına yüksəlib.

Sport7.az xəbər verir ki, 48 kq-da çıxış edən Fəraim Mustafayev 1/4 finalda Oliver Qrauenə (Estoniya) 8:0, yarımfinalda isə Kazbek Tarkanova (Rusiya) 9:0 hesabı ilə qalib gələrək həlledici görüşə vəsiqə qazanıb. O, qızıl medal uğrunda türkiyəli Servet Angi ilə qarşılaşacaq.

55 kq-dakı Fərid Baxışlı isə ardıcıl olaraq, Yuhan Kristyuhan (Estoniya), Luka Musman (Almaniya), Konstantin Savçuk (Rusiya) və Saveliy Raşçinskini (Belarus) məğlub edərək finala adlayıb. Onun həlledici qarşılaşmadakı rəqibi Ermənistan təmsilçisi Armen Sukiasyan olacaq.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR