Güneş Türkiyənin Bakı səfərindən danışdı: “Bəzi dəyişikliklər ola bilər”

Güneş Türkiyənin Bakı səfərindən danışdı: “Bəzi dəyişikliklər ola bilər”

Türkiyə millisinin baş məşqçisi Şenol Güneş Avropa çemionatına hazırlıq planlarından danışıb.

Sport7.az xəbər verir ki, təcrübəli mütəxəssis "ay-ulduzlular”ın çempionata Almaniyada hazırlaşacağını bildirib.

Sitat: "Əslində, biz bütün planlarımızı keçək il qurmuşduq. Onda pandemiya yox idi. Kamp, yoxlama oyunları ilə bağlı hər şey hazır idi. Sonra koronavirus pandemiyası başladı və bir andaca bütün planlar pozuldu. İndi yenidən hər şeyi planlamalıyıq.

İndilik edə biləcəyimiz əsas məsələ 18-19 mayda çempionatı bitirən komandaların futbolçularını düşərgəyə toplamaq. Başa düşürük ki, onlar ağır mövsümdən sonra dincəlmək istəyəcəklər. Pandemiya şərtləri də ayrıca gərginlik gətirib. Onların dincəlmək istəyini başa düşürük. Bu ehtiyac təkcə fiziki deyil, həm də zehni olmalıdır.

Futbolçularda geriləmə olsa, onların ailələrini də 10 günə qədər düşərgəyə buraxa bilərik. Əsas məsələ pandemiya qaydalarına əməl etməkdi. Hazırlığın əhəmiyyətli bölümü yoxlama oyunları ilə birlikdə başlayacaq. Mayın 27-də və 30-da iki yoxlama oyunu planlaşdırmışıq. İyunun 2-də Almaniyadakı kamo yerinə yollanacağıq. Ordan ayın 10-da İtaliyaya gedəcəyik. Daha sonra da Azərbaycana yola düşüb, ordakı iki qarşılaşmanı keçirəcəyik.

Pandemiya səbəbindən bəzi şeylə dəyişə bilər. Bəlkə oyunların yeri və ya tarixində dəyişiklik olacaq. Birlikdə görəcəyik”.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR