Hacımurad Hacıyev bürünc medal üçün güləşəcək

Hacımurad Hacıyev bürünc medal üçün güləşəcək

Varşavada güləş üzrə "Poland Open" turniri davam edir.

Sport7.az xəbər verir ki, ikinci yarış günündə 61, 65, 74, 92 və 125 kq-da çıxış edən sərbəst güləşçilər mübarizəyə qoşulub.

Yarışa 1/4 finaldan start verən Hacımurad Hacıyev iranlı rəqibi üzərində əzmkar qələbə qazanıb. Ancaq yarımfinalda İranın digər təmsilçisinə məğlub olub. Hacıyev axşam seansında bürünc medal üçün güləşəcək.

Həlledici qarşılaşmalar Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

74 kq

1/4 final: Hacımurad Hacıyev - Yunis İmamişoqayi (İran) 4:2
1/2 final: Hacımurad Hacıyev - Mustafa Hüseynxani (İran) 0:3
Bürünc medal görüşü: Hacımurad Hacıyev - Kamil Ribiçki (Polşa)
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR