"Hakim qələbəni "Napoli"yə vermək üçün..." - "Beşiktaş" prezidentindən ruslara ittiham

"Beşiktaş" səfərdə "Napoli"yə qalib gəlməklə çoxlarını təəccübləndirib.

Sport7.az
xəbər verir ki, 3:2 hesablı qələbəyə baxmayaraq "Beşiktaş" rəhbərliyi rusiyalı hakimlər briqadasının işindən narazı qalıblar. Klub prezidenti Fikrət Orman oyundan sonra baş hakim Sergyey Karasevi ciddi ittihamlara hədəf seçib

Sitat: "Onun etdikləri çox ayıb. Karasev qələbəni "Napoli"yə vermək üçün əlindən gələni etdi. Bir Çempionlar Liqası oyunu üçün belə hakimlik rəzalətdi. Amma futbolçularım əllərindən gələni etdilər. Onlar əsl fədakarlardı. Qalan oyunların ikisi evimizdə olacaq. Əlimizdən gələnin ən yaxşısı etməklə bu qrupdan çıxacağıq".

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR