Hakimlərə seminar keçirildi

Hakimlərə seminar keçirildi

Bu gün Bolqarıstanın paytaxtı Sofiyada Dünya Olimpiya Təsnifat turniri start götürəcək.
 
Sport7.az xəbər verir ki, dünən yarışı idarə edəcək hakimlər üçün seminar keçirilib.
 
Olimpiya kateqoriyalı hakimimiz Asif Şirəliyevin də iştirak etdiyi seminarda qeyd olunub ki, bu turnir həm güləşçilər, həm də hakimlər üçün Olimpiadada iştirak adına sonuncu şansdır. Ona görə də ədalət təmsilçilərindən görüşləri idarə edərkən maksimum diqqətli olmaları tələb edilib.
 
Bu yarışda ən yaxşı idarəçiliklə seçilən hakimlər Tokio Olimpiadasında da ədaləti qorumaq hüququ əldə edəcək.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR