Hakimlərimiz Avropa çempionatının matçlarına təyinat aldı

Hakimlərimiz Avropa çempionatının matçlarına təyinat aldı

Gürcüstanın paytaxtı Tbilisidə qadın voleybolçular arasında Avropa çempionatının təsnifat mərhələsinin oyunları təşkil olunacaq.
 
Sport7.az xəbər verir ki, B qrupunda ev sahibləri, Portuqaliya, Ukrayna və İsveçin mübarizə aparacağı görüşlərə Azərbaycan Voleybol Federasiyasının Beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Mixail Frişman təyinat alıb.

O, mayın 14-16-da keçiriləcək matçlarda supervayzer funksiyasını yerinə yetirəcək. B qrupunun oyunlarında həmçinin beynəlxalq dərəcəli hakimlərimiz Eldar Əliyevlə Eldar Zülfüqarov da iş başında olacaqlar. Onlar CEV-in Tbilisiyə təyinat verdiyi 4 referidən ikisidir.
 


 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR