Haland

Haland "Real"la anlaşıb

"Real” Erlinq Halandla anlaşıb.

Sport7.az xəbər verir ki, Dortmund "Borussiya”sının ulduz hücumçusu La Liqa təmsilçisinə keçməyə razılıq verib. Tərəflər transferin bu yay gerçəkləşməsi barədə anlaşma əldə edib. Lakin Halandın "Real”a keçidi üçün iki klub arasında razılığın olmasıdır.

Madrid klubu hələlik almaniyalılarla ortaq məxrəcə gələ bilmir. Dortmundlular Haland üçün 175 milyon avro tələb edirsə, "Real” yalnız 110 milyon verməyə hazırdır.

"Borussiya”nın istədiyi məbləği ödəməyə yalnız bir klub hazırdır. Bu, İngiltərə "Çelsi”sidir.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR