Hamilton daha 3 il

Hamilton daha 3 il "Mersedes"də qala bilər

Luis Hamiltonun "Mercedes” komandası ilə müqaviləsi cari mövsümün sonunda başa çatmasına baxmayaraq tərəflər əməkdaşlığı davam etdirmək üçün hələ də yeni anlaşma imzalamayıblar.

Sport7.az xəbər verir ki, Hamilton komandası ilə artıq razılığa gəlib. Belə ki, pilot daha 3 il - 2023-cü ilin sonunadək "Mercedes”in heyətində qala bilər. Onun maaşının 52 milyon dollara çatacağı gözlənilir.

Britaniyalı pilotun hazırkı müqavilə ilə məvacibi təxminən 45 milyon dollardır.

Son olaraq Türkiyə Qran-prisini qazanan və bununla da 7-ci dəfə dünya çempionu olan Hamilton cari mövsümdə 282 xalla pilotların siyahısına liderlik edir.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR