Hələ onda...

Hələ onda...

Hələ onda Elxan Məmmədov hardasa oturub, göydə ulduzları sayardı...

Hələ onda Canni De Byazi Azərbaycan adında ölkənin varlığından xəbərsiz idi...

Hələ onda Volkan Üst gələcək karyerasını Avropada qurmağın xəyallarıyla yaşayardı...

Hələ onda Riad Rəfiyev məhlə uşaqları ilə "tetris" oynayıb, "Tarqovı"da "marojna" yeyərdi...

Hələ onda Zaur Hacı-Məhərrəmov "Ay Allah, görəsən mən də nə vaxtsa özümə maşın alıb, piyada gəzməkdən qurtulacağam?" sualıyla beynini məşğul edib, şirin xəyallara dalardı...

Hələ onda Cahangir Həsənzadənin Serbiya ilə oyunda "zamen"dən meydana çıxmasına xeyli qalardı...

...Biz onda millimizin Moldovanı uda bilməməsinə görə komandanı da, AFFA-nı da tənqid edərdik.

Bu gün millimiz Moldovaya 0:1 uduzdu. Deməyə, yazmağa heç bir söz qalmayıb!
 
Amal ABUŞOV

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR