"Həmin klublar rüsvayçılıqla yaşayacaq" - UEFA rəsmisi

UEFA Superliqanın yaradıcısı olan 12 klubu cəzalandırmağı nəzərdən keçirir.

Sport7.az xəbər verir ki, bunu qurumun vitse-prezidentlərindən biri xarici mətbuata açıqlamasında bildirib. Adı açıqlanmayan qurum rəsmisi sanksiyaların tətbiqinə eyham vurub: "Biz mümkün olan əlavə nəticələri müzakirə edəcəyik. İlk cəza isə odur ki, həmin klublar rüsvayçılıqla yaşayacaq”.

Aprelin 19-da "Real”, "Barselona”, "Atletiko” (hamısı İspaniya), "Milan”, "İnter”, "Yuventus” (hamısı İtaliya), "Liverpul”, "Çelsi”, "Arsenal”, "Tottenhem”, "Mançester Yunayted” və "Mançester Siti” (hamısı İngiltərə) Superliqa yaratdığını açıqlasa da, ertəsi gün İngiltərə klubları UEFA turnirlərinə alternativ olan yarışdan imtina edib. Bu gün imtina edənlərin sıraları "İnter”, "Milan”, "Yuventus” də "Atletiko” hesabına daha da genişlənib. Yalnız "Real”la "Barselona” hələ də rəsmi imtina etməyib.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR