Honda həftənin futbolçusu adına namizədlərin sırasında

Honda həftənin futbolçusu adına namizədlərin sırasında

Asiya Futbol Konfederasiyası (AFC) həftənin ən yaxşı futbolçusu adına namizədləri açıqlayıb.

Sport7.az xəbər verir ki, siyahıda "Neftçi"nin yarımmüdafiəçisi Keysuke Honda da yer alıb. Bu ada həmçinin İngiltərə "Tottenhem"ində çıxış edən Son Henq-Min, "Çelsi"nin qadın futbolçusu Çi Soyun, İtaliya "Cenoa"sından Eldor Şomurodov (Özbəkistan), Fransa "Lion"undan Saki Kumaqai, Avstraliyanın "Sietl Saunders" klubunda oynayan Bred Smit, Portuqaliya "Portu"sundan Mehdi Taremi və Rusiya "Zenit"indən Sərdar Azmun iddia edir.

Qalib azarkeşlərin səsverməsindən sonra müəyyənləşəcək. Namizədlər 29 aprel - 4 iyundakı çıxışlarına görə müəyyənləşib.

Honda mayın 3-də "Neftçi"nin "Keşlə"ni 3:0 hesabı ilə məğlub etdiyi Azərbaycan Premyer Liqasının XXV tur oyununda ikinci qolun müəllifi olub.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR