Honda məşhur döyüşçünü

Honda məşhur döyüşçünü "Neftçi"nin oyununa şəxsən çağırıb

"Neftçi”nin "Zirə” ilə oyununa bizi klub yox, şəxsən Keysuke Hondanın özü dəvət etmişdi”.

Sport7.az xəbər verir ki, bu sözləri Oxu.Az-a MMA üzrə Yaponiyanın "Rizin” Qran Pri kəmərinin sahibi Tofiq Musayev deyib.

O, üç gün əvvəl "Bakcell Arena”da keçirilən və "Neftçi”nin 4:0 hesablı qələbəsi ilə başa çatan görüşü idmançı dostu Vüqar Kərəmovla birgə xüsusi qonaq qismində izləyib. T.Musayev və V.Kərəmov oyundan sonra ulduz futbolçu ilə görüşüb. Honda onlara öz formasını təqdim edib.

"O, "Neftçi” ilə müqavilə bağlayanda eşitmişdi ki, burada "Rizin” çempionu var. Ona görə də mənimlə görüşmək istəyirdi. Mən də "Rizin”in döyüşçüsü kimi Vüqar Kərəmovu da özümlə apardım. Sağ olsun, bizi VIP-də qarşıladı. Oyun başa çatdıqdan sonra görüşdük. Bizimlə əlaqədədir, tez-tez görüşmək istəyir. Zalımıza da gəlib bizim məşqə baxmaq istədiyini deyib”.

Qeyd edək ki, Keysuke Honda "Zirə” ilə matçda 81 dəqiqə meydanda olub. O, hesab 3:0 olanda müdafiəçi Ömər Buludovla əvəzlənib.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR