"İctimai TV" "bizimkilər"i tapana hədiyyə vəd etdi - FOTO

Belçika - Rusiya oyununda İTV şərhçilərinin Rusiya millisi haqqında "bizimkilər” sözü işlətməsi iddialarına kanaldan da reaksiya verilib.

Sport7.az xəbər verir ki, deyilənlərə kanalın sosial şəbəkə hesabında belə reaksiya verib: "Rusiya-Belçika matçından sonra sosial şəbəkələrdə İTV şərhçilərinin Rusiya millisi haqda "Bizimkilər” ifadəsi işlətdiyi haqda müzakirələr aparılır. Biz axtardıq, tapmadıq. Bu ifadənin istifadə edildiyi hissəni kim tapıb göndərsə, onun hədiyyəsi bizimkilərdə”.

Sosial şəbəkələrdə şərhçilərin Rusiya millisi haqda nəinki "bizimkilər”, hətta "kimimiz var hücumçulardan?", "yarımmüdafiədə kimlərimiz var ehtiyatda?" kimi fikirlərə də yer verdikləri iddia edilir.

Avropa çempionatının matçlarını İlqar Mikayıloğlu, Elnur Əşrəfoğlu və Asif Bağırov şərh edir.
 


Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR