İki karateçimiz lisenziya qazana bilmədi

İki karateçimiz lisenziya qazana bilmədi

Fransanın paytaxtı Parisdə Tokio Yay Olimpiya Oyunlarına növbəti vəsiqələr qazanmaq uğrunda olimpiya lisenziya turniri davam edir. 

Sport7.az xəbər verir ki, "Pyer de Kubertyen" arenasında yarışın ikinci günü daha iki idmançımız mübarizəyə qatılır. Roman Heydərov (kata) və Fəridə Abiyevanı (-61 kq) olimpiya vəsiqələri qazanmaq üçün gərgin görüşlər keçirib. Lakin idmançılarımız nə medalçılar, nə də olimpiada iştirakçıları arasına düşə bilib.

Hələ ki, bir karateçimiz lisenziya qazanıb. Olimpiya təsnifat turnirinin ilk günü Firdovsi Fərzəliyev -67 kq olimpiya çəki dərəcəsində lisenziyaya sahib olub. 

11-13 İyunda Parisdə lisenziya turnirində 98 ölkədən 500 karateçi olimpiya vəsiqələri uğrunda mübarizə aparır. Yarışın hər kateqoeiyasında ilk üçlük olimpiya lisenziyaları qazanacaq.
 
Sport7.az
 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR