İmmobile

İmmobile "Latsio"nun tarixinə düşdü

İtaliya A seriyasının 36-cı turunda turunda "Parma”nı qəbul edən "Latsio” 1:0 hesablı qələbə qazanıb.
 
Sport7.az xəbər verir ki, meydan sahiblərinin yeganə qolunu rəqib qapısından keçirən Çiro İmmobile tarixə düşüb. Bu, İtaliya millisinin üzvünün paytaxt təmsilçisinin heyətində bütün turnirlərdə vurduğu 150-ci top olub. 149 qolla klub tarixinin bombardiri olan Silvio Piolini geridə qoyan İmmobile bununla da yeni rekorda imza atmış olub. O, son 6 görüşdə 6 dəfə fərqlənib.

"Latsio” hazırda A seriyasında 6-cı sırada qərarlaşıb. İmmobile isə bu mövsüm çempionatda 20 qol vurub.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR