İngiltərədə tribunalara azarkeşlərin buraxılacağı vaxt açıqlandı

İngiltərədə tribunalara azarkeşlərin buraxılacağı vaxt açıqlandı

İngiltərədə mayın 17-dən stadionlara azarkeşlər buraxılacaq.
 
Sport7.az xəbər verir ki, bu barədə yerli mətbuata açıqlamasında baş nazir Boris Conson bildirib. O, mayın 17-dən futbol yarışlarına məhdud sayda – 10 minə qədər azarkeşin buraxıla biləcəyini qeyd edib.

İngiltərə Premyer Liqasında son iki – 37 və 38-ci turun oyunlarına azarkeşlər buraxılacaq. Çempionatda hazırda 35 tur oynanılıb və "Mançester Siti” liderdir.

Premyer Liqada mövsümün əvvəlki oyunları koronavirus pandemiyasına görə azarkeşsiz keçirilib.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR